Görün Marsın qayalıqlarında nə tapıldı

0
57

Alimlər Marsın qayalıqlarında maye su anbarının aşkar edildiyini açıqlayıblar.

ABŞ Aerokosmik Agentliyinin (NASA) “Mars Insight Lander” kəşfiyyat vasitəsinin tapıntıları üzərində yeni təhlillər aparan elm adamları Marsın qayalı xarici qabığının içərisində maye su anbarı tapıblar.

Bildirilib ki, 2018-2022-ci illər arasında Marsda elmi kəşfiyyat missiyasında olan “Insight Lander” 4 il ərzində planetin dərinliklərində baş verən titrəmələri qeyd edib. Marsda donmuş su və buxar əlamətlərinin də olduğu bildirilib.

Kaliforniya Berkeley Universitetindən Maykl Manqa deyib: “Su ən əhəmiyyətli molekuldur. Marsdakı maye su anbarı planetin qayalıq xarici qabığının 10-20 kilometr dərinliyindədir”.

Araşdırmanın nəticələri “Proceedings of the National Academy of Sciences” jurnalında dərc olunub.