Avstraliyanın Monaş Universitetinin alimləri kor insanların görmə qabiliyyətini tamamilə bərpa etməyin yolunu aşkarlayıblar.
Yeni üsula əsasən insana xüsusi implant – bionik göz yerləşdirilir
Yeni sistem “Gennaris” adlanır. O, tor qişadan beynin görmə mərkəzinə göndərilən siqnalları bloklayan zədələnmiş görmə sinirlərini ötüb keçə biləcək.
Alimlər yeni tərtibatın perspektivliyinə nikbin baxırlar.