Goranboyda qədim türbə dağılmaq üzrədir – FOTO

0
433

Goranboyda qədim türbə baxımsız vəziyyətdədir.

Vətəndaşın sözlərinə görə, söhbət Goranboy rayonunun Səfikürd kəndindəki qəbiristanlıqdan gedir.

Kənd ərazisində yerləşən qəbiristanlıqda qədim qəbirlərin olduğu deyilir:

“Rayon ərazisində yerləşən Səfikürd kənd qəbiristanlığında tarixi türbə var. Qəbiristanlıqda olan bəzi qədim qəbirlərin yaşı məlum deyil. Onların heç biri mühafizə olunmur. Tarix yox olub gedir.

Baxımsız vəziyyətdə olan türbənin, qədim qəbirlərin ətrafında heç bir mühafizə zolağı çəkilməyib. Bu gün türbə dağılmaq təhlükəsi ilə üz-üzədir.

Qədim məzar daşlarının bir hissəsi artıq aşıb. Bəzilərinin isə yaxınlığında yeni qəbir yerləri qazıldığı üçün zədələnib. Dövlət qurumları bu məsələ ilə maraqlansalar, yaxşı olardı”.