Goranboyda kəpənəklər kütləvi şəkildə tələf olur – VİDEO

0
798

Goranboyda kəpənəklərin kütləvi şəkildə ölümü qeydə alınıb.

Müxtəlif ölçüdə olan canlılar daha çox asfalt yolun üzərində və ətrafında gözə dəyir.

Canlıların ölümü, əsasən, Bakı-Qazax avtomagistralının Goranboyun Nadirkənd ərazisindən keçən hissəsində müşahidə olunub.

Yerli sakinlər bildirir ki, belə halla ilk dəfədir rastlaşırlar. Bəzəkli kəpənəklər çabalayaraq hündürlükdən yerə çırpılır və bir müddət sonra ölürlər. Bəzən isə avtomobillərin təkərləri altında can verirlər. Canlıların ölüm səbəbi məlum olmasa da,yerli sakinlər həyətlərdə belə halla rastlaşmayıblar. Kəpənəklərin ölümü magistral yolun ətrafında müşahidə edilir.

Çəmən kəpənəkləri adlandırılan canlıların ölüm səbəbini mütəxəssislər müxtəlif səbəblərlə izah edirlər. Bildirilir ki, kəpənəklərin kütləvi şəkildə qırılmasına həmin ərazidə sahələrin alaq otlarına qarşı dərmanlanması təsir göstərə bilər. Bundan başqa, həmin canlıların havaların dəyişməsinə görə də məhv olma ehtimalı böyükdür.