“Google Play”də fırıldaqçı tətbiq aşkar edilib

0
441

“Kaspersky” Laboratoriyası “Google Play”də rəqəmsal bonus kartı adı altında istifadəçilərdən pul çəkən saxta tətbiq aşkar etdiyini bəyan edib.

Fevral ayında “Kaspersky Lab” mütəxəssisləri populyar mesencerlərin birindən cəlbedici aksiya barədə saxta mesaj alıblar. “Mesajda tətbiq şəklində olan saxta bonus kartının endirilməsi üçün link yerləşdirilib. Bunus kartından istifadə üçün isə ödənişli abunəliyə qoşulmaq lazım olub. Bu yolla istifadəçilər aldadılıb və onlardan fırıldaq yolu ilə pul qoparılıb”, – deyə veb təhlükəsizlik şirkətindən bildirilib.

Qeyd olunub ki, troyan 20-dən çox fərqli proqram və marka adı altında gizlənərək çoxsayda şəxsi aldadıb.