Google Asistent uşaqlara valideynlərinin səsi ilə nağıl dinlədə biləcək

0
388

Google səsli asistenti təkminləşməyə davam edir. Keçən günlərdə rezerv işləri üçün bəzi funksiyalar qazanan asistent bu səfər isə uşaqlara nağıl dinlədə biləcək, həm də öz valideynlərinin səsi ilə. My Storyline adlı funksiya ilə artıq valideynlər öz səslərini asistentə qeyd edərək nağılların bu səs vasitəsilə uşaqlara səsləndirilməsini mümkün edə biləcəklər. Bu funksiya əsasən valideynlərin uşaqdan uzaqda olduqları vaxtlar üçün hazırlanıb.

Google səsli asistentinin My Storyline funksiyası üçün təqdimat videosu yayımlandı.

Həmçinin Google hekayələri və səsi uzaqdan qeyd etmək üçün də bir sayt hazırlayıb. Bura daxil olaraq səsinizi və nağılı sayt üzərindən səsli asistentə qeyd edə bilərsiniz. Qeyd edək ki, bu funksiyanın işləməsi üçün Google Nest cihazı lazımdır, lakin ölkəmizdə Google cihazları satılmadığı üçün təəsüf ki, istifadə edə bilməyəcik. Digər tərəfdən Google-ın bəzi Nest funksiyalarını telefonlardakı Google Asistenti üçün də gətirdiyini nəzərə alsaq, çox güman mobil cihazlarımız vasitəsilə də My Storyline funksiyasından istifadə edə biləcik.