Gömrükçülər ötən il 3 tondan artıq narkotik vasitələri dövriyyədən çıxarıb

0
278

2021-ci il ərzində Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən həyata keçirilən kompleks tədbirlər nəticəsində, ümumilikdə 3 ton 43 kiloqramdan çox narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları qanunsuz dövriyyədən götürülüb.

Bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında qeyd edilib.

Bildirilib ki, ötən illərdə olduğu kimi, 2021-ci ildə də Dövlət Gömrük Komitəsinin ölkə üzrə illik büdcə daxilolmalarında xüsusi çəkisi artıb və qanunla müəyyən olunan illik büdcə öhdəliyinin artıqlaması ilə yerinə yetirilməsinə nail olunub. Ötən il Dövlət Gömrük Komitəsi üçün nəzərdə tutulan 3 milyard 900 milyon manat proqnoza qarşı 4 milyard 342 milyon 967 min manat gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin edilib və büdcə öhdəliyinə 111,36 faiz əməl olunub.