Gizli qətliam üzə çıxdı – 46 milyon qız uşağı öldürülüb

0
274

Hindistanda aparılan araşdırmada hamilə qadınların körpələrinin qız olduğu məlum olduqdan sonra abort həbi içməyə məcbur edildiyi üzə çıxıb.

Son 50 il ərzində təxminən 46 milyon körpə qız uşağının abort həbləri ilə öldürüldüyü bildirilib.

Körpələrin kişi olması üçün qadınların hamiləlik dövründə narkotik maddələr qəbul etməyə məcbur edildiyi də məlum olub.

Qadınlara qarşı zorakılığın adi xarakter aldığı Hindistanda həyat onlar üçün günbəgün çətinləşir.

İngiltərənin “The Guardian” qəzetinə danışan Lali adlı qadın körpəsinin qız olduğu məlum olduqdan sonra ərinin ailəsinin onu abort həbləri içməyə məcbur etdiyini, dərmanın təsiri ilə ayaqlarında qan dövranının azaldığını bildirib. O, buna görə bir müddət yeriyə bilməyib.

Lali qız uşağına hamil olduğu üçün qayınanasının onu təhqir etdiyini və körpəsinə baxmayacaqlarını bildirib