Gimnastlarımız Avropa çempionatında qızıl medal qazandılar

0
953

Akrobatika gimnastikası üzrə Azərbaycan yığmasının üzvləri Bolqarıstanın Varna şəhərində keçirilən 31-ci Avropa çempionatında qızıl medal qazanıblar.

Nəzrin Zeyniyeva, Zəhra Rəşidova və Anahita Bashiridən ibarət qadın qrupu (gənclər) fəxri kürsünün birinci pilləsinə qalxıb.

Onlar balans hərəkətlərində bütün rəqiblərini üstələyiblər.