Gicgahlarınızda “şimşək çaxır”? – Rusiyalı həkim təhlükələrdən danışdı

0
46

Gicgahlarda ağrı hər kəsin həyatında ən azı bir dəfə də olsa, qarşılaşdığı hissdir. Bu ağrı orqanizmdəki müxtəlif problemlərdən xəbər verə bilər.

Bu barədə KP.ru-ya müsahibəsində rusiyalı nevroloq Petr Sokov danışıb.

“Şimşək çaxmasına bənzər ağrı təhlükəlidir – bu, birdən ortaya çıxır, yüksək intensivliyə malik olur və insanın fəaliyyət qabiliyyətini tamamilə sıradan çıxarır. Bu halda dərhal həkimə müraciət etmək lazımdır”, – deyə həkim bildirib.

Mütəxəssisin sözlərinə görə, ağrının yalnız intensivliyinə deyil, həmçinin müşayiət olunan simptomlara da diqqət yetirmək vacibdir. Əgər başağrısı əzalarda zəiflik, uyuşma və ya koordinasiyanın pozulması kimi nevroloji simptomlarla müşayiət olunarsa, bu, insultdan xəbər verə bilər. Belə hallarda mümkün qədər tez təcili yardım çağırmaq lazımdır.

“Başağrısı tutması başladığı zaman dərmanı mümkün qədər tez qəbul etmək vacibdir. Ağrı başlayandan sonra dərmanı nə qədər tez qəbul etsəniz, bir o qədər təsirli olar. Ağrıya dözməyin mənası yoxdur”, – deyə Petr Sokov vurğulayıb.