Artıq bu gündən etibarən bir çox müəssisələrlə yanaşı, geyim dükanlarında da böyük bir canlanma müşahidə olunur.
Uzun müddətdir ki, onlayn xidmət göstərən bu sahələr artıq qapılarını müştərilərinin üzünə açıblar. Alıcılar isə yenidən yerində xidmətdən yararlanaraq çoxdan gözlədikləri alış-veriş məşğuliyyətlərinə başlayıblar.
Yerində xidmət isə pandemiyanın qaydaları çərçivəsində, tibbi maskadan istifadə və ara məsafə saxlamaqla həyata keçirilir. Mağaza sahibləri bildirir ki, yay aylarında mağazaların fəaliyyəti məhdudlaşdırıldığından daha çox bu mövsümün geyimlərinə üstünlük verilir. Amma bununla yanaşı, payız geyimləri tələb edən istehlakçılar da az deyil.