Georgiyevadan 2023-cü il AÇIQLAMASI: “Daha çətin il olacaq”

0
199

2023-cü il dünya iqtisadiyyatının böyük hissəsi üçün çətin il olacaq”.

Bununla bağlı Beynəlxalq Valyuta Fondunun (BVF) direktoru Kristalina Georgiyeva xəbərdarlıq edib.

O, CBS televiziyasına müsahibəsində qlobal iqtisadiyyatla bağlı qiymətləndirmələr edib.

BVF-nin 2023-cü ildə tənəzzüllə bağlı gözləntiləri ilə bağlı suala cavab verən Georgieva deyib:

“Dünya iqtisadiyyatının çox hissəsi üçün bu il, geridə qoyduğumuzdan daha çətin bir il olacaq”.

Georgiyeva buna səbəb kimi ABŞ, Avropa İttifaqı (Aİ) və Çin kimi 3 böyük iqtisadiyyatın yavaşlamasını göstərib.

BVF direktoru vurğulayıb ki, bu sahədə ABŞ daha dözümlüdür:

“Çünki ölkədə əmək bazarı kifayət qədər güclüdür. ABŞ iqtisadiyyatı tənəzzüldən sağ çıxa biləcək. Lakin bu, inflyasiyanın azaldılması üçün ABŞ Federal Ehtiyat Sistemini (FES) daha uzun müddət faiz dərəcələrini daha yüksək saxlamağa məcbur edəcək”