Genetik sınaqların idmana təsirləri

0
477

Alimlər ilk dəfə insan genomunun xəritəsini yaradarkən, hansı genetik amillərin idmanda müvəffəqiyyətə çatmaqda rol oynadığı maraq yaratmışdır.

Yayılmış genetik sınaqlar, idmanda əldə edilmiş müvəffəqiyyətləri pis tərəfə inkişaf etdirə bilər. Ötən il Çinin Elm və Texnologiya Nazirliyi 2022-ci ildə Qış Olimpiya oyunları ərəfəsində ölkədə idmançıların genetik sınaqların keçiriləcəyini elan etmişdir.

Dünyada genetik sınaqların qiymətləri düşdükcə bu texnologiyanın ticarətinə maraq artır. Təkliflərin sayı, dezinformasiya riski ilə birgə artır və burada sınaqların nəticələrini şərh etmək, DNT-ni təhlil etməkdən çətindir. Gələcəkdə idmançılar məlumatların səhv açıqlanması baxımından təhlükədə ola bilər.

Adətən idman uğurları iki gen ilə əlaqələndirilir. Bunlar “ACE II” dözümlülük geni və “ACTN3 RR” partlayıcı qüvvə genidir. Bununla belə, bu genlərin idman nailiyyətləri ilə əlaqəli olduğuna dair güclü sübutlar olmasına baxmayaraq, bu markerlər əsasında uğur hələ tam olaraq əldə edilməmişdir. Məsələ bundadır ki, idman intizamı güc və dözümlülüklə məhdudlaşmayaraq, bir sıra keyfiyyət və bacarıqlar tələb edir. İdmançının uğura çatmasına fiziki və psixoloji bacarıqlar kimi bir sıra amillər təsir edir.

2015-ci ildə Avstraliya alimləri, mövcud genetik sınaqlar nəticəsində idman potensialın aşkar edilməsini öyrənərək sənəd hazırlamışdır. Sənəddə genetik sınaqların hər hansı bir uşağın və ya gənc idmançının istedadlarını müəyyən etmək və ya məşq planlarına dəyişiklik etmək üçün əsas ola bilməməsi qeyd edilmişdir. Belə bir təəssürat yaranır ki, getdikcə daha çox ölkənin bundan istifadə etmək niyyətindədir. Bunun inkişaf etməsi genetik dopinqin əmələ gəlməsinə və Olimpiya idman növünün sonunun başlanğıcına səbəb ola bilər