General-mayor: “Azad edilmiş ərazilərdə bərpa işləri bu səbəbdən ləngiyir”

0
234

Azad edilmiş ərazilərdə erməni hərbi birləşmələrinin basdırdığı minalar səbəbindən bərpa işləri ləngiyir”.

Bunu Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov dekabrın 9-da Rusiyanın paytaxtı Moskvada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) və Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin müdafiə nazirlərinin görüşündə çıxışı zamanı bildirib.

General-mayor iştirakçılara Ermənistanın Azərbaycana qarşı 30 il ərzində törətdiyi cinayətlər barədə ətraflı məlumat verib. İdarə rəisi vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərdə təhlükəsizliyin təmin edilməsi və orada bərpa işlərinin aparılması Azərbaycan hökumətinin qarşısında duran əsas vəzifələrdəndir.

Qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərimizdə erməni hərbi birləşmələri tərəfindən basdırılmış minalar səbəbindən bərpa işləri ləngiyir. Münaqişə bitəndən indiyədək 268 azərbaycanlının bu minalardan həlak olduğu və yaralandığı diqqətə çatdırılıb