“Gender bərabərliyini qoruyaq və təşviq edək!”

0
147

“Qadın və Gənc Ailələrin Sosial İnkişafı” İctimai Birliyi və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Gender bərabərliyini qoruyaq və təşviq edək!” gənclər üçün Forum Teatr layihəsinin icrasına başlanılmışdır.
Layihənin əsas məqsədi Azərbaycan cəmiyyətində mühüm yeri tutan gənclərə gender bərabərliyini təşviq etmək və gender bərabərsizliyi məişət zorakılığının bir qolu kimi maarifləndirici seminarlar keçmək və gender problemlərini Forum Teatr vasitəsilə cəmiyyətə çatdırmaqdır. Problemin həlli üçün gənclər gender bərabərliyi ilə bağlı seminarlar vasitəsilə və Forum Teatr vasitəsilə maarifləndiriləcəklər. 
Dünya təcrübəsinin effektivliyini nəzərə alaraq, düşünürük ki, Forum Teatr tamaşaları Azərbaycanın müxtəlif regionlarında qız uşaqlarına qarşı ayrı-seçkiliyin, zorakılığın müxtəlif növlərinin, təhsildən yayınma və erkən nikahın qarşısının alınması və s. bu kimi sosial problemlərə toxunan mövzularda əhalidə olan müxtəlif stereotiplərin, ictimai fikrin dəyişməsinə və ya formalaşmasına ehtiyac vardır. 
Layihənin rəhbəri Tünzalə Cavadovanın verdiyi məlumata əsasən, layihə üç ay müddətində Lənkəran və Xaçmaz rayonlarında həyata keçiriləcəkdir. Belə ki, layihə müddətində həmin rayonlarda yaşayan gənclər üçün hər rayonda iki gün olmaqla “Gender bərabərliyi” ,”Forum teatr metodu ilə tanışlıq”, “Gender və cins fərqi” mövzularında seminarlar keçiriləcəkdir. Ümumilikdə 180 nəfər gənc layihədən yararlanacaqdır.
Bu təlimlərdən sonra fərqlənən 15 gənc Forum Teatrı üçün peşəkar ssenarist təlimçi tərəfindən təlimatlandırılacaqlar. Layihənin sonunda isə Xaçmaz rayonunda aşağıda qeyd olunan mövzular üzrə Forum Teatr səhnəcikləri nümayiş olunacaqdır. Gənclər  forum teatr üslubunda “Gənc ailələrdə gender problemləri – Selektiv abort”, “Azərbaycan ailəsində gender istiqamətinin xüsusiyyətləri – Xaricdə təhsil və qızlar” mövzusunda səhnəciklər təqdim edəcəklər. 
Layihənin davamlılığını təmin etmək məqsədilə, təşkilat təlim iştirakçıları və layihənin ekspert qrupundan ibarət şəbəkə yaradacaq və bu şəbəkədə maarifləndirmə işləri davam etdiriləcəkdir. 
Qeyd edək ki, bu layihə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən dəstəklənir.