“GAZ Group”un baş mütəxəssisi İNK-nın qonağı oldu

0
772

Bu gün “GAZ Group” Rusiya Avtobus Şirkətinin satış şöbəsinin baş mütəxəssisi Smagin Mixail Vladimiroviç “REF MOTORS” şirkətinin Avtomobil və Xüsusi Texnika üzrə Baş koordinatoru Cavid Vəzirov İctimai Nəzarət Koalisiyasının (İNK) qonağı oldular.

İctimainezaret.com xəbər verir ki, İNK-nın rəhbərliyi, üzvləri, şəhid anaları, ictimai-siyasi xadimlər, elm adamları, ziyalılar və qəzet və sayt əməkdaşlarının iştirak etdiyi görüşdə DAMM-nin 1-ci vitse-prezidenti, İNK-nın sədri Rasim Məmmədov qonaqları salamlayaraq, ondara İctimai Nəzarət Koalisiyasının yaranma tarixi və fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verdi.

Azərbaycan-Rusiya əlaqələrindən danışan R.Məmmədov hər iki ölkənin siyasi və iqtisadi əməkdaşlığın dinamik inkişafında maraqlı olduğunu bildirdi. O, Rusiya ilə qarşılıqlı faydalı münasibətlərin inkişaf etdirilməsinin Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsi, bölgədə sabitliyin və təhlükəsizliyin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı. R.Məmmədov iqtisadi, siyasi və hərbi potensial baxımından beynəlxalq münasibətlər sistemində xüsusi yeri olan Rusiya Federasiyası ilə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək, hələ keçmiş Sovetlər dövründən əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş çoxşaxəli əlaqələrin müasir geosiyasi gerçəkliklərə nəzərən inkişaf etdirməyin Azərbaycanın xarici siyasətində vacib məsələlərdən olduğunu diqqətə çatdırdı. İNK sədri qarşılıqlı hörmət və dostluq prinsiplərinə əsaslan strateji tərəfdaşlığın əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu və Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirildiyini qeyd etdi.

Biznes üçün Azərbaycan dövləti tərəfindən hər cür şəraitin yaradıldığını deyən R.Məmmədov iki ölkə arasındakı iqtisadi əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğuladı.

“GAZ Group” Rusiya Avtobus Şirkətinin satış şöbəsinin baş mütəxəssisi Smagin Mixail Vladimiroviç “REF MOTORS” şirkətinin Avtomobil və Xüsusi Texnika üzrə Baş koordinatoru Cavid Vəzirov görüşdən məmnunluqlarını ifadə edərək əməkdaşlığa və bu əməkdaşlığın daha da genişləndirilməsinə önəm verdiklərini qeyd etdilər.

Sonra qonaqlar DAMM və İNK-nın qərargahı, Ümummilli Lider Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İctimai Muzeyi, QHT Evi, Vətəndaş Cəmiyyəti – İctimai Nəzarət Klubu, Mətbuat və Yeni Media Mərkəzi, eyni zamanda “Təzadlar” qəzetinin fəaliyyəti ilə yaxından tanış oldular.

Sonda İNK-ya fəxri üzv qəbul edilən rusiyalı qonağa əl işi olan portret hədiyyə edildi.

"GAZ Group"un baş mütəxəssisi İNK-nın qonağı oldu

"GAZ Group"un baş mütəxəssisi İNK-nın qonağı oldu

"GAZ Group"un baş mütəxəssisi İNK-nın qonağı oldu

"GAZ Group"un baş mütəxəssisi İNK-nın qonağı oldu

"GAZ Group"un baş mütəxəssisi İNK-nın qonağı oldu

"GAZ Group"un baş mütəxəssisi İNK-nın qonağı oldu

"GAZ Group"un baş mütəxəssisi İNK-nın qonağı oldu

"GAZ Group"un baş mütəxəssisi İNK-nın qonağı oldu