Gənclər koronavirusa dözümlü deyil? – ÜST-dən YEKUN BƏYANAT

0
413
Gənclər koronavirusa dözümlü deyil? - ÜST-dən YEKUN BƏYANAT

“Gənclər koronavirusa qarşı immunitetə ​​malik deyil və virusu yaşlılara ötürməmək üçün ünsiyyət qurmaqdan çəkinməlidir”.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Ghebreyesus son açıqlamasında bildirib. Direktorun sözlərinə görə, gənclər bu qaydaya əməl etməyə məcburdur.

Xatırladaq ki, Çində koronavirusla bağlı edilən ilk açıqlamalarda yaşlıların və sağlamlıq problemləri olanların xəstəliyə qarşı daha həssas olduğu bildirilmişdi. Avropa və ABŞ-dan gələn yeni məlumatlar isə göstərir ki, gənclərin immuniteti koronavirusun yeni növünə qarşı (Covid-19) düşünüldüyü qədər dözümlü deyil.

İnternet üzərindən statistik məlumat verən “Bloomberg”in “Statista” şirkətinin məlumatlarına əsasən, Avropada yeni növ koronavirusun ən çox təsirləndiyi ölkədə – İtaliyada 28 min xəstənin dörddə biri 19-50 yaş qrupundadır.

ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin məlumatları da ölkədə 2500 yeni növ koronavirusa yoluxanların 705-inin 20 ilə 44 yaş arasında, onların 15-20 faizinin xəstəxanada müalicə olunduğunu, 4 faizinin isə intensiv müalicəyə ehtiyac duyduğunu göstərib.

Digər tərəfdən, gənclərdə koronavirusun yeni növündən ölənlərin sayının çox az olduğu qeyd edilib. Lakin gənclərin koronavirus təhlükəsinə laqeyd qalması nəticəsində virusun daha həssas qruplara ötürülməsi barədə məlumatar yayılır. ÜST-ün bəyanatı məhz belə xəbərlərlə əlaqəlidir.