Gənclər arasında bu xərçəng növü yayılır – Dünya alimləri şokda

0
422

Dünya onkoloqları qorxulu tendensiyanın başlandığını elan ediblər. Son illərdə xüsusilə cavanlar arasında kolorektal-bağırsaq xərçəngi rekord həddə aşkarlanır.

Amerikalı onkoloqların 49 ölkə üzrə apardıqları tədqiqatların nəticələri dəhşətlidir.

Yaşı 35-dən yuxarı insanlarda kolorektal xərçəngin rast gəlinməsi son 10 ilə kimi mümkün deyildi. Adətən bu şiş 55 yaşdan sonra aşkarlanırdı.

Alimlər bildirir ki, bu hal xüsusilə inkişaf etmiş, gəliri yüksək ölkələrin gənclərini əhatə edir.

Birinci yerdə Cənubi Koreya gəncləri gəlir. İldə hər 100.000 gənc sakinin 12,9%-də bu diaqnoz qoyulur. İkinci yerdə Almaniya, daha sonra Hindistan gəlir.
Araşdırmalara görə, son 10 ildə  50 yaşa kimi yaşda kolorektal xərçəngin tapılması 19 ölkədə yüksəlib. Maraqlısı bundadır ki, bu ölkələrdə yaşlı insanlar arasında bağırsaq xərçəngi faizi azalmayıb.

Siyahıta Avstraliya, Daniya, Böyük Britaniya, Kanada, İsveçrə, ABŞ var.

Nəyə görə bağırsaq xərçəngi cavanlaşıb?

Alimlər hesab edir ki, səbəb hazır qidalar, içkilər və fast fuddur.

İkinci səbəb isə, indiki gəncliyin uşaqlıqdan antibiotiklə böyüməsidir.

Alimlər artıq bağırsaq xərçəngi aşkarlanması üzrə skrininqlərin 50 yaşından başlanmasını yox, 10 yaş da irəli çəkilməsini tövsiyyə edir. Yalnız belə olan halda xəstəliyi tez aşkarlayıb, gəncləri xilas etmək olar.