Gənc qızı qaçırıb təcavüz etdilər – Daxili İşlər naziri istefa verdi, təhsil naziri işdən qovuldu…

0
563

Rumıniyanın Təhsil naziri gənc qızın öldürülməsi ilə bağlı açıqlamasından sonra vəzifəsindən azad edilib.

Rumıniyanın təhsil naziri Ecaterina Andronescu 15 yaşlı qızın təcavüz edildikdən sonra öldürülməsi ilə bağlı verdiyi açıqlamalara görə işdən azad edilib. Moderator.az xarici mediaya istinadən xəbər verir ki, nazir, onun üçün maşınını saxlayan sürücü tərəfindən öldürülən Aleksandra Macesanu üçün “tanımadığı adamın maşınına minməməli olduğunu bilməliydi” – deyə açıqlama verib.
Rumıniyanın Baş Naziri Viorica Dancila “Facebook”da paylaşdığı mesajda Təhsil nazirinin məsuliyyətsiz açıqlamalar verdiyini bildirib. Və onu da qeyd edib ki, nazirin bu açıqlamaları hökumətin mövqeyini ifadə etmir.
Qeyd edək ki, iyulun 24-də Alexandraya Caracal yaxınlığındakı evinə getmək üçün mindiyi avtomobilin sürücüsü tərəfindən təcavüz edilib və öldürülüb.
Öldürülən gənc qızın əmisi Alexandru Cumpanasu məhkəmə tibbi ekspertiza tərəfindən müayinə aparıldığını və tapılan sümüklərdəki DNT-nin Alexandra Macesanuya aid olduğunu söyləyib.
Rumıniya Mütəşəkkil Cinayətkarlıq və Terror Təhqiqatı Kollegiyası da hadisə ilə bağlı yazılı açıqlama yayıb. Açıqlamada laboratoriya testlərinin genetik profilinin Alexandranın valideynlərinin DNT-si ilə uyğun gəldiyi bildirilib.
Həmçinin ölkənin Daxili İşlər naziri Nicola Moqa cinayətə laqeyd yanaşıldığına görə istefa verib. Belə ki, 15 yaşlı Macesanunun qaçırılan zaman 3 dəfə 112 təcili yardım xidmətinə zəng etdiyi, lakin polisin hadisəyə 19 saatdan sonra müdaxilə etdiyi müəyyən olunub. Rumıniyanı ayağa qaldıran bu hadisədən sonra Daxili İşlər naziri öz postundan istefa verib.
Ölkədəki minlərlə insan Alexandranın kömək çağırışlarına səlahiyyətlilərin gec cavab verməsinə görə etiraz ediblər. Buna cavab olaraq Rumıniya polis rəisi də vəzifəsindən azad edilib.