Gənc anaların işdən çıxarılması QADAĞAN EDİLİR

0
73

Rusiyada gənc anaların işdən çıxarılması qadağan ediləcək.

Belə bir qanun layihəsi Dövlət Dumasına təqdim olunmaq üçün hazırlanır.

Qanun 2002-ci il fevralın 1-dək hamilə qadınların və azyaşlı uşaqları olan işçilərin işə qəbulunu, işdən azad edilməsini tənzimləyir. Həmçinin yeni doğulmuş uşaq analarına təminat verilirdi, lakin bu müddəa aydın olmayan səbəblərdən Əmək Məcəlləsinin yeni redaksiyasından çıxarılıb.

Yeni layihədə hamiləlik dövründə və ya doğuşdan dərhal sonra müddətli əmək müqaviləsi bitən gənc analara dəstək verilməsi təklif edilir.

Sənəddə müddətli və müddətsiz müqavilələrlə işləyən qadınların hüquqlarının bərabərləşdirilməsi nəzərdə tutulur.

Beləliklə, indi işəgötürənlər analıq məzuniyyəti başa çatdıqdan dərhal sonra – körpənin doğulmasından 70 təqvim günü sonra müddətli müqaviləni ləğv etmək hüququna malikdirlər. Ancaq müddətsiz əmək müqaviləsi olan qadınlar üçün uşağın üç yaşına çatana qədər işin saxlanmasına zəmanət verilir.