“Gənc əsgərlər cəbhəyə yox, təlim mərkəzlərinə aparılır” – RƏSMİ

0
438

“Gənc əsgərlər cəbhəyə deyil, müvafiq qoşun növlərinin hərbi hissələrinə – təlim mərkəzlərinə göndərilir”.

Bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev bildirib.

Onun sözlərinə görə, həmin şəxslərə qarşıdakı üç ay müddətində təlimlər keçiriləcək, hərbi sirlər öyrədiləcək:

“Daha sonra xidmətlərini təyin olunduqları yerlərdə davam etdirəcəklər”.

Z.Abdullayev bildirib ki, hazırda aparılan müddətli həqiqi hərbi xidmətə çağırış qanunvericiliyə uyğun olaraq, hər il olduğu kimi, ildə dörd dəfə həyata keçirilən bir prosesdir:

“Bu çağırışın hazırkı hərbi vəziyyətlə heç bir bağlılığı yoxdur. Oktyabrın 30-dək davam edəcək müddətli həqiqi hərbi xidmətə çağırış normal prosedur qaydadır. Yəni plana uyğun olaraq aparılır”.