“Vətən müharibəsi dövründə ermənilər tərəfindən Gəncə şəhərinə atılan raketlər nəticəsində doqquz məktəbə ziyan dəyib”.
Bunu Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev bildirib.
Onun sözlərinə görə, 4 və 29 nömrəli tam orta məktəblərə ciddi ziyan dəyib:
“Digərlərində isə pəncərələr, çərçivələr dağılıb ki, onlar hazırda bərpa olunur. Dörd nömrəli məktəbin bir korpusu tamamilə yararsız vəziyyətdədir və təmir üçün saxlanılıb. Məktəbin digər korpuslarında tədris davam edəcək”.
“Gəncə şəhəri, 29 nömrəli orta məktəbə köhnə olduğu üçün terror aktı nəticəsində ciddi ziyan dəyib və tədris dayandırılıb. Məktəbin 929 şagirdi yaxınlıqda yeni tikilmiş 18 nömrəli məktəbdə tədrisini davam edəcək”.