Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin əməkdaşları şəhər ərazisində tüfeyli həyat tərzi keçirən və dilənçiliklə məşğul olaraq vətəndaşların haqlı narazılığına səbəb olan şəxslərlə bağlı profilaktiki tədbir keçirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib ki, tədbir zamanı ümumilikdə 27 nəfər saxlanılaraq, polis idarəsinə gətirilib. Onlarla profilaktiki söhbətlər aparılıb, 16 nəfər barəsində isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.
Daha sonra saxlanılan şəxslər qeydiyyatda olduqları şəhər və rayonlara göndəriliblər.