Gəncədə yol-nəqliyyat hadisəsi baş verib .
Oxu.Az xəbər verir ki, hadisə şəhərin Avtozavod qəsəbəsində qeydə alınıb. Hərəkətdə olan “Fiat Doblo” markalı minik maşını ilə “VAZ 2107” markalı avtomobil toqquşub.
Qəza zamanı bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.