Gəncədə mənzildə partlayış: Xəsarət alan var – FOTO

0
349

Gəncədə mənzildə partlayış olub.

Hadisə şəhərin Gülüstan qəsəbəsində yerləşən binaların birində qeydə alınıb.

Hadisə zamanı 34 yaşlı Cəmilə Musayeva yanıq xəsarətləri alıb. Qadın dərhal xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.