Gəncədə koronavirusdan ölən şəxsin dəfn görüntüləri – FOTO

0
369

Gəncədə koronavirusdan ölən şəxsi polislər dəfn edib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan  verilən məlumata görə, iyunun 15-də Gəncə şəhər sakini Aqil Əfəndiyev DİN-in “102” zəng mərkəzi xidmətinə zəng edərək bacısının koronavirus infeksiyasından dünyasını dəyişdiyini və tətbiq olunan sərt karantin rejimi ilə bağlı carəsiz olduğunu bildirib.

Müraciətlə bağlı dərhal polis əməkdaşları xüsusi geyimlərdə Məhkəmə Tibbi Ekpertizası və Patalogiya Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə gələrək mərhumun cənazəsini xüsusi avtomobillə qəbirstanlığa aparıb.

Karantin rejiminin qaydaları gözlənilməklə qadın islami qaydalarına uyğun dəfn edilib.