
Gəncədə yanvarın 8-də itkin düşmüş 14 yaşlı oğlan tapılıb.
Bu barədə Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov bildirib ki, aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində yeniyetmə tapılaraq ailəsinə təhvil verilib:
“Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz tədbirlər nəticəsində oğlan yanvarın 9-da qonşunun evində tapılaraq, valideynlərinə təhvil verilib”.