Ermənistan silahlı qüvvələrinin bu gecə saat 2 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində dördü qadın olmaqla, doqquz nəfər həlak olub. Bununla yanaşı, binaların altından bir neçə uşaq çıxarılıb, onlar müxtəlif ağır xəsarətlər alıblar.
Raket atəşi zamanı yaralanan azyaşlı Ömər Nəsirov bildirib ki, o, daşın altında qalıb:
“Qorxdum. Bu mənim yadımdan çıxmayacaq”.