Gəncədə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.
APA-ya istinadən ictimaixeber.az xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Hərəkətdə olan minik maşını yolu keçmək istəyən 1962-ci il təvəllüdlü F.Məmmədovanı vurub.
Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.