Gəncə şəhər sakini öz evini şəhid və qazilərimizin xatirəsini daşıyan müzeyə çevirib.
Elnarə Tağı qızı Tağıyeva şəhərin fərdi yaşayış evini Şəhidlərin və qazilərin xatirəsinə onların şəxsi əşyalarından ibarət olan muzeyə çevirib.
“Qarabağ igidləri Muzeydə” Şəhidlərin şəxsi əşyalarından ibarət 3 mindən cox eksponat qorunur.
E.Tağıyeva bildir ki, o, 1990-cı ildən Müdafiə Nazirliyinin nəzdində yerləşən Əşya Əmlak Xidməti kombinatının Gəncə qornizonununda işləyib və cəbhə bölgələrində xidmət edən əsgərlərə məxsus paltarların yuyulması ilə məşğul olub:
1992 ci ilər isə “Müharibənin ağır vaxtları idi, demək olar ki, qan su yerinə axırdı.Paltarların yuyulmağa gətirilməsi üçün əsgərlər ayırılırdı. Hər dəfə gələndə isə fərqli əsgərlər gəlirdi. Mən soruşanda ki, filankəs hanı? deyirdilər ki, həmin əsgər şəhid olub. Mən baxdım ki, baş qarışıb cəbhədəki vəziyyətə. Müharibə qurtardıqdan sonra gənc nəsil onların belə firavan yaşaması üçün kimlərin şəhid olduğundan heç xəbərləri də olmayacaq. Buna görə də gəldim evdə Valdeyinlərim ilə məsləhətləşdim və otağımızın birini boşaltdıq. Əsgərlərin üzərinə ürək sözləri yazılmış siqaretlərini alıb müzeyə qoyurdum. Gəncəyə şəhid gətirən Əsgərlərin siqaret yazmağa vaxtları olmadığı üçün qollarındakı saatlarını, dırnaq tutanlarını, daraqlarını və özlərinə aid hər hansı əşyalarını verirdilər. Mən də həmin əşyaların üzərinə onların adını yazıb Müzeyə qoyurdum. Sonralar isə Şəhid…Qazi və Hərbici Ailələrinə gedib.Onlarla görüşüb xatirələrini bölüşdük…Ayrılanda isə bir yadigar gətirib Muzeymizə qoyduq.Beləliklə, gördüyünüz bu Müzey yaranmağa başladı”.
Qəbələ şəhid ailələri də həmin evde oldu, öz övladlarının şəkilləri və əşyalarını həmin muzeyə verdilər.
Xatirə albomuna ürək sözlərin yazdılar.
Bu işi həyata keçirilən Elnarə xanıma təşəkkürümü bildirirəm.
Təranə Alməmmədova
“Xarıbülbül Ədəbi Məclisin “, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi Sabitlik və İnkişaf Mərkəzi Qəbələ rayon numayəndliyi rəhbəri