Azərbaycan narı Ermənistanda yerli istehsalçıların məhsullarının anbarlarda çürüməsinə səbəb olur.
Bu barədə Mehridə yaşayan kənd təsərrüfatı üzrə mütəxəssis Qevorq Marqaryan deyib.
Onun sözlərinə görə, Mehri və ətraf kəndlərdə bu il nar və portağal satışında problem yaranıb.
“Gürcüstandan daşımalar zamanı Larsda yaranan uzun növbələr əvvəl məhsul qıtlığı yaradırsa, sonra növbənin açılması bazara külli miqdarda məhsulun daxil olmasına səbəb olur. Azərbaycan narının bazara daxil olması isə bizim narın alıcılıq qabiliyyətini aşağı salır. Xüsusilə Gəncə narı ilə tanınan növ daha çox məşhurdur. Bu məhsul Azərbaycandan Gürcüstana ixrac olunur, bizim sahibkarlar Gürcüstan bazarından alaraq Ermənistana gətirir”, – o deyib.
Erməni mütəxəssis Gəncə narının xüsusi növ olduğuna diqqət çəkib: “Gəncə narı parlaq qırmızı rəngi ilə seçilir. Bu sortlar Noyemberyanda və İcevanda da bitir, o cümlədən, Qarabağda da var. Onu yalnız mütəxəssislər seçə bilir. Lakin bu faktdır ki, Azərbaycan narı Ermənistana Gürcüstandan keçib