Gəncə Maarif Evində Anar Burcəliyevlə gənclərin görüşü keçirildi – FOTOLAR

0
674

Gəncə Maarif Evində XVI Respublika Elmi Konfransının xüsusi diplomçusu, “Muğan-Media” Beynəlxalq Mükafatı laureatı, Azərbaycan Teatr Xadimləri İttifaqı və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, teatrşünas-tənqidçi Anar Burcəliyevlə gənclərin görüşü keçirilib. Görüşü Gəncə Maarif Evinin rəhbəri İmamverdi Vəliyev açaraq görüş iştirakçılarına Anar Burcəliyevin yaradıcılığı barədə ətraflı məlumat verib. Sonra teatrşünas-tənqidçi Anar Burcəliyev onunla görüşə toplaşan gənclərə təşəkkürünü bildirib. Görüşə toplaşan gənclər Azərbaycan teatrının tarixi və eləcə də bu günü, inkişaf yolları, sənət ustaları haqqında suallarla müraciətlər ediblər. Teatrşünas-tənqidçi Anar Burcəliyev öz növbəsində gənclərin suallarını maraqlı və ətraflı olaraq cavablandırmışdır. Sonda Anar Burcəliyev yeni nəşr olunan “Məqalələrim, resenziyalarım, oçerklərim və müsahibələrim” və “Onun dünyası” adlı kitablarını  gənclərə hədiyyə etmişdir.

Xatırladaq ki, Anar Burcəliyev dövrü mətbuatda 400-dən artıq oçerk, resenziya eləcə də müsahibələrin və “Əsl el adamı”, “Səhnə həyat nurumdur”, “Azərbaycan kinosunun tarixi və inkişafı”, “Qoşa qanad”, “Məqalələrim, resenziyalarım, oçerklərim və müsahibələrim”, “Onun dünyası” kitablarının müəllifidir.

Altun Suleymanov

ictimaixeber.az