Gəmi bu gün yola düşür: Yadplanetlilərin axtarışı başladı

0
34

Bu gün ABŞ-dan kosmosa buraxılması planlaşdırılan kosmik gəmi yadplanetli həyatın izlərini axtarmaq üçün yola düşəcək.

Ayın buzla örtülmüş səthinin altında Yerdəki suyun iki qat böyüklüyündə nəhəng bir okean gizləndiyi güman edilir.

Alimlərin fikrincə, bu səyahət günəş sistemindəki həyat haqqında bilikləri kökündən dəyişə bilər.

İllərlə davam edən hazırlıqlardan sonra “Europa Clipper”in buraxılışı bu həftə Florida ştatını vuran Milton qasırğası səbəbindən təxirə salınıb.

Buraxılış meydançasında yoxlamalardan sonra mühəndislər oktyabrın 14-də CET vaxtı ilə 19:09-da uçuşa icazə verib.

“Əgər belə uzaq bir yerdə həyat kəşf etsək, bu, Yerdən başqa həyat mənbəyinin mövcudluğuna işarə olar. Bu, çox vacibdir. Çünki bu, həyatın geniş yayıla biləcəyi anlamına gəlir”- deyə, alim Mark Foks-Pauell əlavə edib.