Tbilisidə gəlin toy günü magistraturaya onlayn qaydada imtahan verib.
Gəlin fotosessiyanın ortasında çəkilişlərin dayandırılmasını xahiş edib.
Gənc qız mobil telefon vasitəsilə test suallarını cavablandırıb.
Cütlüyün sözlərinə görə, onlar əvvəlcə toy günlərini təyin ediblər, daha sonra isə gəlinin elə həmin gün imtahan verməli olduğunu biliblər. Lakin onlar nə toyun, nə də imtahanın tarixini dəyişmək istəyiblər.