Gələn ildən robotlar xəstələrə diaqnoz qoymaqda yardım edəcək – Süni intellekt dövrü gəlir

0
451

Süni intellekt 2021-ci ildən Rusiyanın bir neçə klinikasında həkimlərlə yanaşı diaqnoz təyin etmədə iştirak edəcək.

Robot xəstədə hansı göstəricilərə birinci diqqət yetirməyin vacib olduğunu bildirəcək.

Süni intellektin bazasında bütün analiz və müayinələrin vacib kodları daxil edilib.

Co Brain analitik sisteminin yaddaşına minlərlə MRT, rentgen çəkimi və onun nəticələri yazılıb.

Proqram həkimə xəstənin yeni məlumatları sayəsində nədən şübhələnməsi barədə ipucu verəcək. Amma son diaqnozu təbii ki, həkim qoyacaq.

Robot diaqnoz qoyulmada sadəcə iştirak edəcək.

Proqram təminatçısı bildirib ki, bu vaxta qədər 40 tibbi alqoritm sistemə yazılıb.

Bu gün süni intellekt pilot olaraq bir çox xəstəxanalarla əməkdaşlıq edir.