Gələn il dövlət büdcəsindən COVID-19-la mübarizəyə 600 milyon manat ayrılacaq

0
1179

Azərbaycan 2021-ci il dövlət büdcəsindən COVID-19-la mübarizəyə 600 milyon manat vəsait ayıracaq
Maliyyə Nazirliyi xəbər verir ki, 2021-ci ilin dövlət büdcəsini əsas səciyyələndirən xüsusiyətlərindən biri sosialyönlü xərclərin ümumi büdcə xərclərində xüsusi çəkisinin 42 faiz təşkil etməsidir. Həmçinin COVID-19 pandemiyası ilə mübarizə tədbirlərinin 2021-ci ildə də davam etdirilməsi ilə bağlı xərclərin maliyyələşdirilməsi üçün 600 milyon manat məbləğində vəsait proqnozlaşdırılıb.