Gələn il Azərbaycanda orta aylıq pensiya bu qədər artacaq

0
174

Gələn il Azərbaycanda orta aylıq pensiya artırılır.

Bu Hesablama Palatasının “2024-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.
Qeyd edilib ki, Cari ilin birinci yarısında orta aylıq pensiya məbləğinin 16,9% artıma sahib olması, habelə ilin sonuna ölkə üzrə orta aylıq əmək haqqının artım tempinin 10,7% hədində proqnozlaşdırılması növbəti ilin əvvəlində orta aylıq pensiya məbləğinin 435 manat hədd ətrafında olacağını göstərir.

Xatırladaq ki, 2023-cü ildə ölkə üzrə orta aylıq pensiya 372,1 manatdır.