Gələcəyin şəhəri tikilir

0
519
Gələcəyin şəhəri tikilir

Yaponiyanın “Toyota” avtomobil istehsalı korporasiyası Fudzi şəhərinin yanında gələcəyin şəhərini tikəcək.

Bu barədə “Toyota” təşkilatının saytında yazılıb.

Məlumatda deyilir ki, gələcəyin şəhəri “Woven City” adlanacaq və süni intellekt və yeni texnologiyalar məskəni olacaq.

Tokiodan 90 km. aralıda yerləşən bu şəhər 71 hektar ərazini əhatə edəcək. Yeni şəhər canlı laboratoriya olacaq və burada yalnız alimlər yaşayacaq və işləyəcəklər. Onlara öz ailələri ilə yaşamaq imkanı veriləcək.

Yeni şəhərdə 2000 əhalinin yaşaması nəzərdə tutulub, tikintisinə isə 2021-ci ildə başlanacaq.

Qeyd edək ki, yeni şəhər maksimal səviyyədə ekologiyası təmiz şəhər olacaq.