Xəbər verdiyimiz kimi, Azərbaycanda ilk dəfə Milli Yaylaq Festivalı keçirilir.
Artıq Gədəbəy rayonunun Düzyurd-Miskinli yaylağında baş tutan festivaldan maraqlı videolar sosial şəbəkələrdə yayılmağa başlayıb.
Belə ki, müxtəlif türk xalqlarının nümayəndələri Anayurt marşı (Turan marşı) oxuyaraq, rəqslər edib. Onların bu xoş-əhval ruhiyyəsi festival iştirakçılarının da marağına səbəb olub.
Qeyd edək ki, festival iyulun 28-nə kimi davam edəcək.