Gədəbəydə karantin rejimini pozan kafe aşkarlanıb

0
392

Gədəbəy rayonunda karantin rejimini pozan kafe aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, Gədəbəy rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman rayonun Arıxdam kəndi ərazisində “Ləzzət kafe” adlı kafenin gizli şəkildə fəaliyyət göstərməsini aşkarlayıb. Obyektin sahibi Bayram Camalovla yanaşı onun müştəriləri saxlanılaraq RPŞ-yə gətirilib və barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək cərimə edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.