Gədəbəy rayon Novo-ivanovka kənd tam orta məktəbdə korrupsiya faktı

0
576

Gədəbəy rayon Novo-ivanovka kənd tam orta məktəbdə məktəb direktoru tərəfindən haqsızlıq, özbaşınalıq, rüşvət almaq üçün fənn müəlliminə dərs çatmadığı halda dərsin əsassız olaraq vakansiyaya çıxarılması və.s kimi hallar baş alıb gedir.
Sumqayitfakt.Az xəbər verir ki, bunu adı çəkilən məktəbin biologiya və kimya müəllimi Əzizova Nurayyə Həmid qızı deyib.
Müəllimə bikdirir ki, mən 1987-ci ildə ADU-nu biologiya və kimya ixtisası üzrə bitirmişəm və həmin ildən də müəllim işləyirəm. 2016-cı ildə müəllimlər üçün keçirilən diaqnostik imtahanda iştirak edərək biologiya fənnindən 42 bal toplamışam. 2-ci ixtisasdan da könüllü iştirak etmək istədikdə isə RTŞ-dən bunun vacib olmadığını mənə bildiribər. Məktəbdə eyni ixtisasdan 2 müəllimik. Bizim ikimizin cəmi 31 saat biologiya və kimya dərsimiz var. Dörd saat da, bizə həyat bilgisi verməklə bizim cəmi 35 saat dərsimiz olmuşdur və bu 35 saat da, iki müəllim arasında bölünmüşdür. 13.06.2022-ci ildə məktəbin direktoru Hüseynov Leysan (ixtisasca əmək təlimi müəllimi)bizim 14 saat (9saat kimya, 5 saatda həyat bilgisi) dərsimizin vakansiyaya çıxdığını pedaqoji şurada bəyan elədi.
Leysan Hüseynov
Mən isə narazılığımı ona bildirdim və hörmətli nazirimizin iki qoşa fənndən dərs deyən müəllimlərin bir fənndən imtahan verməsini, digərinin isə vacib olmadığını ona söylədikdə direktor H. Leysan bu qərarın qüvvədən düşdüyünü mənə dedi. Artıq mənim 14 saat dərsim vakansiyaya (rayon daxili satışa) çıxıb. Onu da, qeyd edim ki, 2022/2023 tədris ilində üç sinif şagird sayı az olduğuna görə birləşir və biz 2 müəllimə cəmi 12 saat biologiya dərsi (hərəmizə 6 saat) qalır.
Onu da qeyd edim ki, direktor H. Leysan 2021/2022-ci tədris ilində çoxlu sayda dərs saatlarını gizlətmiş və həmin dərsləri müəllimlərin üzərinə yazaraq pulunu özü almışdır. Hər ayda o, öz əmək haqqından əlavə təxminən 1300-1400 manat qazanc əldə etmişdir.
Hazırda bu məktəbin ciddi yoxlanılmasına və məktəb direktoru haqqında ölçülər götürülməsinə ehtiyac var.Əlaqə nömrəsi: 055-893-30-65
Sumqayitfakt.Az