Füzuli rayonunda da 8 Noyabr – Zəfər Günü təntənə ilə qeyd olunub. “Qafqaiznfo xəbər verir ki, ”Horadiz şəhərində yerləşən Heydər Əliyev parkında təşkil olunan bayram tədbirində Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri və Vətən müharibəsi iştirakçıları, rayon sakinlər iştirak ediblər.
8 Noyabr – Zəfər Gününə həsr olunan ümumrayon tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səslədirilməsi ilə açıq elan edilib. Azərbaycanın müstəqilliyi, süverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qələbə ilə nəticələnən Vətən müharibəsində qanları ilə tarix yazan Azərbaycan əsgərinin şücaətindən danışıb. Bildirilib ki, qəhrəman gənclərimizin Vətən uğrunda göstərdiyi fədakarlıqlar dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Onların hər biri orden və medallarla təltif olunub, ailələri diqqət və qayğısı ilə əhatə edilib.
8 Noyabr – Zəfər Gününə həsr olunan ümumrayon tədbirinin sonunda atəşfəşanlıq keçirilib.