Füzulidə bir nəfər minaya düşdü – RƏSMİ

0
280

Bu gün səhər saatlarında Azərbaycan Respublikasının vətəndaşı, 1981-ci il təvəllüdlü Babayev Zabil Qabil oğlu Füzuli rayonunun işğaldan azad olunmuş ərazisində olarkən piyada əleyhinə minaya düşüb.

Bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) birgə məlumat yayıb.

Nəticədə, ağır dərəcəli bədən xəsarəti alaraq hər iki ayağı travmatik amputasiya olunub.

Prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda faktla bağlı Füzuli rayon prokurorluğunda araşdırma aparılır.