“Füzuli” yarımstansiyası istifadəyə verilib – FOTO

0
382

“İşğaldan azad edilən Füzuli rayonunda yeni tikilən “Füzuli” yarımstansiyası istifadəyə verilib”. 

Bu sözləri jurnalistlərə açıqlamasında “Azərenerji” ASC-nin mətbuat xidmətinin rəhbəri Teymur Abdullayev deyib. 

O bildirib ki, işğaldan azad olunan bütün rayonlarda 110 kV-luq yarımstansiyalar inşa olunur. 

“Hazırda 110/35/10 kV-luq Füzuli yarımstansiyasındayıq. Bu yarımstansiya 3 ay ərzində inşa edilib. Yarımstansiya Füzuli rayonunu, rayondakı strateji obyektləri, hava limanı və digər böyük obyektləri, o cümlədən Füzuli-Şuşa yolunu, eləcə də əhali və qeyri-əhali abonentlərini elektrik enerjisi ilə təmin edəcək”.

O qeyd edib ki, 110/35/10 kV-luq Şükürbəyli yarımstansiyasının da açılışı olub: 

“Sistem əhəmiyyətli olan bu stansiya çox önəmlidir. Çünki Füzuli, Şuşa, Cəbrayıl, Qubadlı, Zəngilan yarımstansiyaları Şükürbəyli stansiyası vasitəsilə ilə qidalanacaq. Hazırda Qarabağda və ətraf ərazilərdə bu istiqamətdə işlər davam etdirilir”.