Futbol üzrə Azərbaycan Premyer Liqasının 2019-2020-ci il mövsümünün püşkü atılıb

0
444

Avqustun 5-də AFFA-nın inzibati binasında futbol üzrə Azərbaycan Premyer Liqasının 2019-2020-ci il mövsümünün püşkü atılıb.

Püşkatma mərasimində sayca 27-ci ölkə çempionatında mübarizə aparacaq səkkiz klubun nümayəndələri iştirak ediblər.

Tədbirdə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev çıxış edərək bütün iştirakçılara uğurlar arzulayıb.

Püşkün nəticələrinə əsasən, Premyer Liqaya avqustun 16-da start veriləcək. Həmin gün “Səbail” – “Zirə”, “Qəbələ” – “Sumqayıt”, “Neftçi” – “Sabah” və “Keşlə” – “Qarabağ” görüşləri oynanılacaq.