
Azərbaycanın qadınlardan ibarət futbol yığmasının kapitanı Sevinc Cəfərzadə karyerasını Rusiyanın “Krasnodar” klubunda davam etdirəcək.
Məlumatda bildirilir ki, 26 yaşlı futbolçu Rusiya klubu ilə 3 illik müqavilə imzalayıb. Onun 99 nömrəli idman köynəyilə çıxış edəcəyi bildirilir.
Qeyd edək ki, S.Cəfərzadə karyerası ərzində Almaniyanın “Qerenberq” futbol klubunda, eləcə də BƏƏ-nin “Abu-Dabi” mini-futbol kollektivində forma geyib və sonuncu ilə birlikdə ölkə çempionu olub. Hücumçu həmçinin Rusiyanın “Donçanka” və “Kubanoçka” komandalarının heyətində də çıxış edib.
S.Cəfərzadə 2008-ci ildə Azərbaycan milli komandasına çağırılıb. Əvvəlcə 17,19 və 21 yaşadək, 2010-cu ildən isə əsas yığmanın heyətində çıxş edir. Hazırda o, millimizin kapitanıdır.