Fuat Oktay: “Bir millət, iki dövlət” kəlamı hər sahədə əməkdaşlığımızda özünü göstərir

0
464

Azərbaycanla siyasi və iqtisadi əlaqələrimiz çoxşaxəlidir. “Bir millət, iki dövlət” kəlamı hər sahədə əməkdaşlığımızda özünü göstərir. Hədəfimiz bu əlaqələri daha da inkişaf etdirməkdir.

Bu sözləri Türkiyənin “Anadolu” xəbər agentliyinə müsahibəsində Bakıda səfərdə olan Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay bildirib.

O deyib: “Azərbaycanda sabitliyin artması bizi nə qədər xoşbəxt edirsə, Türkiyədə olan əmin-amanlığın da azərbaycanlıları o qədər sevindirdiyini bilirik. İki ölkə olaraq biz birlik və bərabərlik içindəyik”.

Çox əlamətdar bir gündə Bakıda olduğunu söyləyən F.Oktay 15 sentyabr tarixinin Azərbaycan-Türkiyə əlaqələrində olduqca vacib yer tutduğunu qeyd edib. 1918-ci il hadisələrini xatırladan F.Oktay deyib: “O zamanlar Osmanlı dövləti üçün ağır olmasına baxmayaraq, Qafqaz İslam Ordusu Bakıya göndərilib. Bu gün də “Azərbaycanın çətinliyi var” deyilərsə, eyni hadisənin tərəddüdsüz təkrarlanacağına şübhə duymuram”.