Bu gün 08:30-da Ermənistana Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov gəlib.
.Məlumata görə, Bortnikov Ermənistanda cəmi bir saat qalacaq. Bu müddət ərzində o, Nikol Paşinyanla görüşəcək və dərhal sonra İrəvandan Bakıya yola düşəcək. Bakıda isə Bortnikovun Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü baş tutacaq.
Səfərin Ermənistanın baş nazirinin xahişi ilə baş tutduğu bildirilir. Onun sərhədlərin demarkasiya işləriylə bağlı olduğu qeyd edilib.
Qeyd edək ki, bundan öncə Ermənistan Müdafiə naziri Vaqarşak Arutyunyan Sünik vilayətində Rusiya zabitləriylə görüşüb. Görüşdə əsas müzakirə mövzusu Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin hərbçilərinin Azərbaycan-Ermənistan sərhədinə yerləşdirilməsi olub.