Fransızların gözəl bədən quruluşunun sirri onların yemək vərdişlərindədir.
Bu barədə tanınmış həkim-dietoloq Ceyn Klark danışıb.
Onun sözlərinə görə, fransızlar ayaqüstü, qaçaraq yemək yemirlər, əksinə hər qidanı xüsusi həzlə qəbul edirlər. Yeməyi asta-asta yedikləri üçün isə tez doyurlar. Nəticədə artıq çəki problemləri də olmur.
Dietoloq qida qəbulunun müddətini uzatmağı tövsiyə edib:
“Hətta şokolad yesəniz belə, bundan ləzzət alın! Yeməkdən nə qədər həzz alsanız, qida qəbulu bitəndə bir o qədər xoşbəxt olacaqsınız”.
Həkimin iddiasına görə, məhz asta yemək vərdişi fransızlara bədən quruluşlarını nəzarətdə saxlamağa kömək edir.