Fransızlar Makronun hər sözündən sonra rüsvayçılıqdan ölür – Moskvadan reaksiya

0
206

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Fransa prezidenti Emmanuel Makronun sözləri Fransa cəmiyyətini “rüsvayçılıqdan öldürür”. 

Müvafiq bəyanatın mətnini o, “Telegram”da yerləşdirib.

“Əgər Fransanın xarici işlər naziri fransızların Ukrayna üçün ölməsindən narahatdırsa, həm də o haqda düşünməlidir ki, prezident Makronun hər bəyanatından sonra Fransa cəmiyyəti utanmaqdan ölməsin”, – Zaxarova qeyd edib.

O, həmçinin vurğulayıb ki, Fransa rəsmilərinin ziddiyyətli bəyanatları “Makron rejimi tərəfindən tətbiq edilən yeni dürüstlük və kəşfiyyat standartıdır”.

Fevralın 27-də bildirilib ki, Makron Ukraynaya avropalı hərbçilərin göndərilməsinin mümkünlüyünü istisna etmir. Onun bəyanatından sonra bir sıra Avropa İttifaqı ölkələri bu ehtimalı rədd edib.